Azərbaycanda bu qədər insanın səsvermə hüququ varbackend

Azərbaycanda bu qədər insanın səsvermə hüququ var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda seçki siyahımızda 6 milyon 478 min 623 nəfər var”.

 Tribunainfo.az xəbər verir ki, bunu fevralın 6-da jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.

MSK sədri qeyd edib ki, seçicilər 6537 məntəqədə səs verəcəklər:

“Bütün məntəqələr səsvermə üçün tam hazırdır. Onların hazırlığı beynəlxalq tələblərə cavab verir”.

“Seçkilərin keçirilməsində əsas tələblərdən biri şəffaflığın təmin edilməsi məsələsidir. Azərbaycanda bu baxımdan həmişə olduğu kimi, indi də heç bir problem yoxdur. Seçkiləri izləmək üçün ümumilikdə 90 mindən artıq müşahidəçi qeydə alınıb”, – MSK sədri əlavə edib.