Azərbaycanda bu müavinətlər və təqaüdlər artırıldı

Azərbaycanda bu müavinətlər və təqaüdlər artırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən Azərbaycanda sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğləri artırılır.

Tribunainfo.az xəbər verir ki, Prezident İlham Əliyevin bununla əlaqədar bəzi fərmanlarda və sərəncamda dəyişiklik edilməsi haqqında Fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:
– orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat;
– ailə başçısını itirməyə görə 140 manat;
– müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat;
– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat;
– bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat;
– beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat;
– övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat;
– himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 manat, 7–13 yaş arası uşağa görə 600 manat, 14–18 yaş arası uşağa görə 650 manat;
– uşağın anadan olmasına görə 600 manat;
– dəfn üçün 600 manat.
Bundan başqa, iyulun 1-dən Prezident təqaüdlərinin aylıq məbləğləri aşağıdakı kimi müəyyən olunub: