Azərbaycanda bu məhkəmələrə hakimlər təyin edilib

Azərbaycanda bu məhkəmələrə hakimlər təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bir sıra məhkəmələrə yeni hakimlər təyin edilib.

 Tribunainfo.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Cəmilova Xəyalə Adil qızı, Hüseynov Zaur Nazim oğlu Bakı Apelyasiya Məhəkəməsinin hakimləri vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimləri təyin edilib.
Həmçinin, Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinə hakimlər təyin olunub.
Bakı Apellyasiya Məhkəməsinə Ağalarov Həmid Azər oğlu, Hümbətov Fəhmin Zaur oğlu, Qasımov Vidadi Kamal oğlu, Mədətli Fərid İlham oğlu, Sevdimalıyeva Günel Arif qızı, Gəncə Apelyasiya məhkəməsinə isə Qəhrəmanov Əkrəm Sabir oğlu, Məmmədov Turan Nurulla oğlu hakim təyin edilib.
Eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Adilxan oğlu Xəlilovun vəzifəsinin dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi müzakirə olunaraq təsdiqlənib.