Azərbaycanda bu gün nə qədər insan koronavirusa yoluxub? – RƏSMİ

Azərbaycanda bu gün nə qədər insan koronavirusa yoluxub? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 3 112 yeni yoluxma faktı qeydə alınıb, 2 923 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 178 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 114 841 nəfər müalicə olunaraq sağalıb, 1 966 nəfər vəfat edib, aktiv xəstə sayı 62 179 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 045, bu günə qədər isə ümumilikdə 1 963 348 test icra olunub.