Bu ilin iyun-iyul aylarında Azərbaycanda qeydiyyata alınan dini icmaların sayı açıqlanıb.
Bu ilin iyun-iyul aylarında Azərbaycanda qeydiyyata alınan dini icmaların sayı açıqlanıb.
TİA.AZ-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi iki ay ərzində 23 dini icmanı dövlət qeydiyyatından keçirib.Bunlar Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icması, Lerik rayon Züvüc kənd məscidi dini icması, İmişli rayonu Boşçalılar kəndi “İmam Hüseyn” məscidi dini icması, Masallı rayon Boradigah qəsəbəsi “Həzrət Əli” məscidi dini icması, Sabirabad rayonu Nərimankənd kəndi “Əhli-beyt” məscidi dini icması, Xızı rayonu Altıağac qəsəbə məscidi dini icması, Cəlilabad rayonu Maşlıq kəndi “Şəhidlər” məscidi dini icması, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “Cümə” məscidi dini icması, Qobustan rayonu Nabur kənd məscidi dini icması, Göyçay rayonu Şəkər kənd məscidinin dini icması, Balakən rayonu Şambul kənd məscidi dini icması, Lerik rayonu Qosmalian kənd məscidi dini icması, Salyan rayonu Xıdırlı kənd məscidi dini icması, Qobustan rayonu Ərəbqədəm kənd məscidi dini icması, Göyçay rayonu Qarayazı kənd məscidi dini icması, Lerik rayonu Zövnə kənd məscidi dini icması, Ağcabədi rayonu Hüsülü kənd məscidi dini icması, Qobustan rayonu Göydərə kənd məscidi dini icması, Göyçay rayonu Hacağabəyli kənd məscidi dini icması, Ucar rayonu Bağban kənd məscidi dini icması, Kürdəmir rayonu Cəyli kənd məscidi dini icması, Qobustan rayonu Şıxzahırlı kənd məscidi dini icması, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi “İmam Hüseyn” məscidi dini icmalarıdır.