Azərbaycanda brokonyerliklə məşğul olan 5 nəfər saxlanıldı

Azərbaycanda brokonyerliklə məşğul olan 5 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən 2018-ci ilin iyul ayı ərzində xüsusi mühafizə olanan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, keçirilən reydlər zamanı Şahdağ Milli Parkının, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazilərində brakonyerliklə məşğul olan 5 nəfər saxlanılıb.
Araşdırma zamanı qanun pozucularının Neftçala rayon sakini Yusif Məlikov, Masallı rayon sakini Şahmur Kərumov, Oğuz rayon sakinləri Dünyabir və Raqif Nəsirov olduğu müəyyən edilib və onlardan 2 ədəd ov tüfəngi götürülüb. Təqsirkarlar barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 4700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib.