Azərbaycanda bir toyuqdan 240 yumurta alınırbackend

Azərbaycanda bir toyuqdan 240 yumurta alınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda mal-qara və quşların məhsuldarlığı açıqlanıb. 

Tribunainfo.az xəbər verir ki, ölkəmizdə inək və camışlardan ildə orta hesabla 1 731 litr süd sağılıb. 2020-ci ildə bu göstərici 1 687 litr idi. Son iki ildə inək və camışların süd məhsuldarlığı xeyli artıb.

Hesablamalar göstərir ki, bir baş iribuynuzlu mal-qaranın çəki artımı illik 96,2 kq olub. Son illərdə çəki artımında ciddi dəyişiklik yoxdur.

Bir baş keçi və ya qoyuna düşən çəki artımı isə 15,2 kq təşkil edib. Bundan başqa hər qoyundan il ərzində orta hesabla 2,2 kq yun qırxılır.

Yumurtlayan toyuqlar (kənd təsərrüfatı müəssisələrində) isə ildə orta hesabla 240 ədəd yumurta verir.