Azərbaycanda iki zəlzələ qeydə alınıb.
Azərbaycanda iki zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən TİA.AZ-a verilən məlumata görə, yerli vaxtla saat 10:24-də Kəlbəcər ərazisində zəlzələ baş verib. 3.8 maqnitudalı zəlzələ 10 km dərinlikdə qeydə alınıb və hiss olunmayıb.
Saat 10:38-də isə Xəzər dənizində zəlzələ qeydə alınıb. 46 km dərinlikdə baş verən 3.2 maqnitudalı zəlzələ hiss edilməyib.