Azərbaycanda bir ailənin 5 üzvü siçan dərmanından zəhərlənib, ölən var

Azərbaycanda bir ailənin 5 üzvü siçan dərmanından zəhərlənib, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qobustanda kütləvi zəhərlənən şəxslərdən biri vəfat edib. Bu barədə APA -ya TƏBİB-dən bildirilib.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevanın  verdiyi məlumata görə, zəhərlənən şəxslərdən olan bir uşaq hazırda əməliyyatdadır: “Ata, ana və digər uşağın vəziyyəi stabildir. Nənə isə zəhərlənmədən yox, qanda olan dəyişiklikdən beyin qansızması keçirib və rəhmətə gedib”.

12:30

TƏBİB Qobustan rayonunda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevanın  verdiyi xəbərə görə, həmin şəxslərin analizləri laboratoriyaya təqdim edilib: “Həmin şəxslərin nədən zəhərləndikləri hələlik bilinmir. Analizlərin nəticələrini gözləyirik”.

***

09:23

Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.

Şəhər sakinləri – Elnur Şıxəliyev, Gülçiçək Şıxəliyeva, Məhəmməd Şıxəliyev, Könül Şıxəliyeva və Gülminə Şıxəliyeva siçan dərmanından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.