Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 060,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında deyilir.
Hesabata əsasən, hesabat dövründə neft məhsullarından ağ neft istehsalı 10,6%, qazoylların (dizel yanacağının) istehsalı 3,9%, neft koksunun istehsalı 5,8% artıb.
Qeyd olunur ki, yanvar-iyul aylarında ölkədə avtomobil benzini istehsalı 3,8%, sürtkü yağları istehsalı isə 42,2% azalıb.
Azərbaycanda istehsal olunan neftməhsulları:
Məhsul növləri |
2025-ci ilin yanvar-iyul aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.08.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton | 811 | 96,2 | 53,8 |
Ağ neft, min ton | 404,8 | 110,6 | 53,7 |
Qazoyllar (dizel yanacağı), min ton | 1 386 | 103,9 | 143,9 |
Mazut, min ton | 56,6 | 4,3 d. | 0,9 |
Sürtkü yağları, min ton | 21,9 | 57,8 | 2,2 |
Maye qazlar, min ton | 133,6 | 116,7 | 3,2 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
476 |
73,2 |
47,9 |
ondan:
neft bitumu, min ton |
141,4 | 95,5 | 8,7 |
neft koksu, min ton | 127,5 | 105,8 | 38,9 |