Azərbaycanda atalarla bağlı YENİ QANUN – Pensiyaya…backend

Azərbaycanda atalarla bağlı YENİ QANUN – Pensiyaya…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyat yoldaşı dünyasını dəyişən atalar pensiyaya daha tez çıxacaq.
Tribunainfo.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.

Yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanına bilər.

Qeyd edək ki, hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65-dir.

Mövzu il bağlı millət vəkili Vüqar Bayramov bildirib ki, bu məsələdə mühim məqam nəzərdə tutulan şəxslərə də avtomatlaşdırılmış qaydada pensiya təyinatı imkanının yaradılmasıdır:

“Güzəştli şərtlərlə pensiya təyinatı zamanı vətəndaşların müraciət etmək, habelə müxtəlif sənədlər toplamaq və s. öhdəliyi də ləğv edilir. Layihə komitədə dəstəklənərək plenar iclasda müzakirəyə tövsiyə olunub”.