Azərbaycanda ata-oğul şirkətini birləşdirdi

Azərbaycanda ata-oğul şirkətini birləşdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Stil Tikinti” Mənzil-Tikinti Kooperativi “Şərur” Mənzil-Tikinti Kooperativinə qoşularaq ləğv olunduğunu elan edib. Oxu.Az xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat yayılıb. Elana görə, “Şərur” Mənzil-Tikinti Kooperativi “Stil Tikinti” Mənzil-Tikinti Kooperativinin ona qoşulması nəticəsində yenidən təşkil olunub. Beləliklə, 2001-ci ildə yaradılmış “Şərur” MTK-nın qanuni təmsilçisi İsfəndiyar Məhəmməd oğlu Axundovun şirkəti ilə 2004-cü ildə fəaliyyətə başlayan “Stil Tikinti” MTK-nın isə qanuni təmsilçisi Mehti İsfəndiyar oğlu Axundovun şirkətləri birləşib.