Bu gündən Azərbaycanın daha 14 rayonunda analoq yayımı dayandırılacaq.
Bu gündən Azərbaycanın daha 14 rayonunda analoq yayımı dayandırılacaq.
Milli Televiziya və radio Şurasından TİA.AZ-a verilən məlumata görə, artıq Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada rəqəmsal yayıma keçiləcək.
Bununla da dekabrın 20-dən Azərbaycan ərazisində analoq TV yayımın dayandırılması prosesi başa çatacaq və ölkə üzrə tam olaraq rəqəmsal yayım həyata keçiriləcək.
Qeyd edək ki, noyabrın 1-də Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-də Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda, dekabrın 10-da isə Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılıb və rəqəmli TV yayımı həyata keçirilir.