Azərbaycanda 90 ildə ilk antirekord

Azərbaycanda 90 ildə ilk antirekord

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda rəsmi statistikanın aparıldığı 1935-ci ildən bəri doğum nisbəti ən aşağı səviyyəyə düşüb.

 Tribunainfo.az xəbər verir ki. bu barədə politoloq Turab Rzayev məlumat yayıb.

O bildirib ki, ötən il Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 10 olub.

 

“Daha əvvəl Azərbaycanda doğum səviyyəsi heç vaxt bu həddə qədər düşməyib. Azərbaycanda ən yüksək doğum göstəricisi 1960-cı ildə qeydə alınıb. Belə ki, 1960-cı ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı 42,6 olub.

 

Qonşu ölkələrdə isə hər 1000 nəfərə düşən doğum sayının statistikası belədir:

 

– İran – 13

 

– Ermənistan – 12

 

– Gürcüstan – 11

 

– Türkiyə – 11

 

– Azərbaycan – 10

 

– Rusiya – 9”.