Azərbaycanda 5 baldan çox zəlzələ oldu

Azərbaycanda 5 baldan çox zəlzələ oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ilkin məlumatlara görə, yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Təkanların maqnitudası 5.1, dərinliyi isə 15 km olub.