Talış Dağlıq zonasında zəlzələ baş verib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli saatla 07:43 radələrində baş verib. Zəlzələnin Lerikdə 5 bal gücündə olduğu qeyd edilib. Yeraltı təkan 18 km dərinlikdə yerləşib.