Xəbər verdiyimiz kimi, Quba rayonu Əsparəsti kənd sakini Əfsəl Qazıyev 48 yaşında tələbə adını qazanıb.
Xəbər verdiyimiz kimi, Quba rayonu Əsparəsti kənd sakini Əfsəl Qazıyev 48 yaşında tələbə adını qazanıb.
TİA.AZ ARB 24-ə istinadən xəbər verir ki, cari tədris ilinin ən yaşlı abuturiyyenti hesab olunan Əfsəl Qazıyev, uşaqlıqdan arzusunda olduğu Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinə ekologiya ixtisası üzrə qəbul olub.
1989-cu ildə o vaxt ki, Quba Sovxoz texnikumunu bitirən kənd sakini daim ali təhsil almaq arzusunda olub. 2 dəfə ali məktəbə qəbul olmaq üçün sənəd versə də bu cəhdləri uğursuz olub. Buna baxmadan o, həvəsdən düşmədən çalışıb və illər sonra məqsədinə nail olub.
Əfsəl Qazıyev bildirib ki, ali məktəbə sənəd verərkən bunu yalnız ailəsi ilə bölüşüb və yaxınları onun qərarını dəstəkləyib. 4-cü ixtisas qrupu üzrə ilk imtahandan 157 bal toplayan abuturiyyent, 2-ci imtahandan 198 bal toplayaraq arzuladığı fakültəyə dövlət sifarişi ilə qəbul olub. 4 övlad atası olan Əfsəl Qazıyev qəbul imtahanlarına repetitor yanına getmədən, 10-cu sinifdə oxuyan qızı, Sarıköynəklə birlikdə hazırlaşıb.
Əfsəl Qazıyev, Dövlət Aqrar Universitetində təhsil almaq üçün lazım olan bütün sənədləri toplayıb və ali tədris ocağında qeydiyyatdan keçib. Sentyabrın 15-dən etibarən, Gəncə şəhərində tələbələr üçün ayrılan yataqxanada qalaraq təhsilini davam etdirəcək.