Göygöldə DƏHŞƏT: İnəyə vurulan dərmanla bitli saçlarını yudular, biri öldü, beşi isə…backend

Göygöldə DƏHŞƏT: İnəyə vurulan dərmanla bitli saçlarını yudular, biri öldü, beşi isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub.

Tribunainfo.az xəbər verir ki, hadisə Balçılı kəndində qeydə alınıb.

İlkin ehtimala görə, beş nəfər – 3 uşaq, 1 qadın (nənələri) başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən “Niastol” adlı kimyəvi preparatla yumaları səbəbindən zəhərlənib.

Nəticədə bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2022-ci ildə Göygöl rayonunda dörd qız saçlarında bit olması səbəbindən “Niastol” preparatını saçlarına vurduqları üçün zəhərlənmişdilər.