Azərbaycanda 3 kiloqramlıq körpə 5 kiloqramlıq şişlə doğulub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 3 kiloqramlıq körpə 5 kiloqramlıq şişlə doğulub.


 

Azərbaycanda 3 kiloqramlıq körpə 5 kiloqramlıq şişlə doğulub.

Xezerxeber.az-ın məlumatına görə, dünyada hər 40 min uşaqdan birində rast gəlinən bu xəstəlik büzdüm sümüyünün anadangəlmə böyük həcmli teratoması adlanır.

Əməliyyatı icra edən uşaq cərrahı Toğrul Ömərov deyib ki, körpə keysəriyyə üsulu ilə doğulub və ümumi çəkisi 8 kiloqram olub. Körpə anadan olandan 2 gün sonra həkimə müraciət olunub və dərhal əməliyyat olunmasına qərar verilib.

Əməliyyat 4-5 saat davam edib və uğurla icra olunub.

Toğrul Ömərov qeyd edib ki, bu şiş büzdüm sümüyünün altında düz bağırsağa çox yaxın yerləşir. Əməliyyatdan sonra hazırda uşağın vəziyyəti normaldır.

Hakim Toğrul Ömərovun sözlərinə görə, bu tipli anomaliya adətən valideynlərin düzgün qidalanmamaları səbəbindən baş verir.

TİA.AZ mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: