Azərbaycanda 3 əczaçılıq şirkəti birləşdi – “Zəfəran” şəbəkəsinin sahibi ləğv edilib

Azərbaycanda 3 əczaçılıq şirkəti birləşdi – “Zəfəran” şəbəkəsinin sahibi ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bundan sonra “Zəfəran” apteklər şəbəkəsinə “Azəri Med” şirkəti nəzarət edəcək.
Azərbaycanda 3 əczaçılıq şirkəti birləşib.
Bu barədə “Marja” “Vergilər” qəzetinə istinadən xəbər verib
Xəbərdə deyilir ki, “Shafran” MMC və “Avestafarm” MMC-nin fəaliyyətinə xitam verilərək “Azəri Med” MMC-yə qoşulublar.
“”Azəri Med” MMC, “Shafran” MMC və “Avestafarm” MMC-nin fəaliyyətinə xitam verilərək ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir”,- elanda deyilir.
 “Azəri Med” şirkəti farmaseftik preparatların satışı ilə məşğul olur.
“Shafran” MMC isə məşhur “Zəfəran” apteklər şəbəkəsinin sahibidir.
“Avestafarm” MMC dərmanların pərakəndə satışı ilə (apteklər və əczaçılıq) məşğul idi.