Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb – Rayonlar üzrə siyahı

Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb – Rayonlar üzrə siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Azərbaycanda təxminən 254,5 min nəfər pulu olmadığı üçün ərzaq məhsullarını nisyə alıb.

Tribunainfo.az  Yeniavaz.com-a istinadən xəbər verir ki, bu məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Açıqlanan məlumatda bildirilir ki, pulu olmadığı üçün ərzaq məhsullarını nisyə almaq məcburiyyətində qalan ev təsərrüfatlarının onların ümumi sayında xüsusi çəkisi 2,5%-ə bərabər olub.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan əhalisinin sayı 10 milyon 180,8 min nəfər olub. Hər bir ev təsərrüfatının payına orta hesabla 4,23 nəfərin düşdüyünü nəzərə alsaq, ölkədə təxminən 2 milyon 407 min ev təsərrüfatı olur. Ev təsərrüfatlarının 2,5%-i isə təxminən 60 min 175-ə bərabərdir. Bu da o deməkdir ki, 2024-cü ildə Azərbaycanda təxminən 254,5 min nəfər pulu olmadığı üçün ərzaq məhsullarını nisyə alıb.

Məlumat üçün bildirək ki, pulu olmadığı üçün ərzaq məhsullarını nisyə alan ailələrin (ev təsərrüfatları) sayı ən çox Quba-Xaçmaz iqtisadi rayonunda qeydə alınıb. Quba-Xaçmaz iqtisadi rayonunda pulu olmadığı üçün ərzaq məhsullarını nisyə alan ailələrin sayı ümumi ailələrin 3,2%-ni təşkil edib.

Azərbaycanda iqtisadi rayonlar üzrə nisyə ərzaq alan ailələrin ümumi ailələrə nisbəti aşağıdakı kimi olub:

Bakı şəhəri – 1,2%;
Naxçıvan MR – 1,6%;
Abşeron-Xızı – 2%;
Dağlıq Şirvan – 3%;
Gəncə-Daşkəsən – 2,5%;
Qarabağ – 2,7%;
Qazax-Tovuz – 2,6%;
Quba-Xaçmaz – 3,2%;
Lənkəran-Astara – 2,8%;
Mərkəzi Aran – 2,6%;
Mil-Muğan – 3%;
Şəki-Zaqatala – 2,8%;
Şərqi Zəngəzur – 2,7%;
Şirvan-Salyan – 3%.