Dövlət Sərhəd Xidməti rəisinin müavinlərinin Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə bağlı tədbir keçirilib.
TİA.AZ xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Tədbir çərçivəsində Dövlət Sərhəd Xidməti rəisinin Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sabiq müavinləri general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov Dövlət Sərhəd Xidmətinin döyüş bayrağı ilə vidalaşıblar.