Azərbaycanda bir sıra sanatoriyalar “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə qoşulub. İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
“Abşeron” İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyası, “Bilgəh” Kardioloji Sanatoriyası, “Qaranquş” İxtisaslaşdırılmış Uroloji Sanatoriyası, Azərbaycan Respublikasının “Kurort” Səhmdarlar Cəmiyyəti Günəşli İxtisaslaşdırılmış Nevroloji Sanatoriyası, “Kurort” Səhmdar Cəmiyyətinin “Şıx” Sanatoriyası, “Naftalan” Sanatoriya-Kurort Birliyi, Azərbaycan Respublikası “Kurort” Səhmdar Cəmiyyəti “Pirşağı” Sanatoriya-Kurort Birliyi, “Xəzər” Sanatoriyası, “Şəki İstirahət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Hacıkənd” İstirahət Evi, Kurort Səhmdar Cəmiyyətinin “Avtonəqliyyat” Müəssisəsi, “Kurort” Səhmdar Cəmiyyəti “Azərbkurorttikintitəmir” Birliyi, Azərbaycan Kurortları Layihələşdirmə İnstitutu “Azərkurortlayihə”, “Kurort” Səhmdar Cəmiyyətinin “Azərbminsugeokaptaj” Respublika Ekspedisiyası, “Kurort” Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və “Miras” Məhdud Məsuliyyətli Cəmiyyəti “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə qoşulub.
Buna görə də “Kurort” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil olunduğunu elan edir. Adları qeyd olunan sanatoriyalar “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə qoşulduğu üçün ləğv olunur.