Azərbaycanda 10 audit şirkətinin lisenziyası dayandırılıbbackend

Azərbaycanda 10 audit şirkətinin lisenziyası dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 10 audit şirkətinin və 6 sərbəst auditorun lisenziyası müvəqqəti dayandırılıb.

Bu barədə Auditorlar Palatasından məlumat verilib. Məlumata görə, audit fəaliyyəti dayandırılan şirkətlər “Audit Planning and Strategy” MMC, “Bakinar Audit” MMC, “Capital Audit” MMC, “KF Audit” MMC, “East İnvest Finance and Accounting” MMC, “Max Audit” MMC, “Proqress Audit” MMC, “Rasional Audit” MMC, “Solutions Audit Services” MMC və “T. A. T Global Audit” MMC-dir.

Qeyd edilib ki, Auditorlar Palatası Şurasının qərarına əsasən sözügedən şirkətlər üzvlük haqqı borclarını bu il yanvarın 20-dək tam ödəmədikləri üçün yanvarın 22-dən onların audit fəaliyyəti dayandırılıb. Həmçinin, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə də məlumat verilib.

Auditorlar Palatasından o da əlavə edilib ki, sözügedən şirkətlərin konsaltinq xidməti göstərməsi ilə bağlı hər hansı bir məhdudiyyət tətbiq edilməyib. Üzvlük haqqları ödənildikdən sonra isə onların audit fəaliyyəti bərpa edilə bilər.

 

Qeyd edək ki, audit şirkətlərinin Palataya illik üzvlük haqqı 5972 manat, sərbəst auditorların üzvlük haqqı isə 2920 manat təşkil edir.