Azərbaycana turist axını azaldı

Azərbaycana turist axını azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 183 ölkədən 2 milyon 171,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bakupost.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 24,4 faizi Rusiya, 17,4 faizi Türkiyə, 8,0 faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, 2,4 faizi İsrail, 2,3 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olublar.
Gələnlərin 66,4 faizini kişilər, 33,6 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,1 dəfə, Tacikistandan – 1,8 dəfə, Yaponiyadan – 1,6 dəfə, İordaniyadan – 1,5 dəfə, Çindən – 49,4 faiz, Qırğızıstandan – 37,3 faiz, Özbəkistandan – 35,8 faiz, Qazaxıstandan – 19,4 faiz, Almaniyadan – 17,0 faiz, Kanadadan – 16,7 faiz, ABŞ-dan – 16,4 faiz, İtaliyadan – 16,3 faiz, Pakistandan – 12,7 faiz, Cənubi Koreyadan – 11,8 faiz artıb.
2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,9 faiz artaraq 101,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz azalaraq 352,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 faiz azalaraq 740,8 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 3,5 faiz artaraq 976,7 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,3 faizi hava, 22,4 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.