AZƏRBAYCANA QARŞI YENİ TƏZYİQ… SƏFİR HOLLANDİYA XİN-Ə ÇAĞIRILDI…?backend

AZƏRBAYCANA QARŞI YENİ TƏZYİQ… SƏFİR HOLLANDİYA XİN-Ə ÇAĞIRILDI…?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni saytı Laçın yolundakı etiraza görə Azərbaycanın Hollandiyadakı səfirinin bu ölkənin Xarici İşlər Nazirliyinə çağrıldığı xəbərini yayıb. Xəbərdə səfirimizin XİN-ə çağrılması “Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməməsi” ilə əlaqələndirilib.

Ermənistan 30 ilə yaxın müddətdə BMT-nin 4 qətnaməsini yerinə yetirməyəndə Hollandiyanı və digərlərini “qərarlar niyə yerinə yetirilmir” sualı maraqlandırmırdı?

Tribunainfo.az yazır ki, haqlı sualla çıxış edən politoloq Elxan Şahinoğlu bildirib ki, əgər bu fakt doğrudursa, Laçın yolundakı etiraza görə ilk dəfədir xarici ölkələdəki səfirimiz həmin dövlətin Xarici İşlər Nazirliyinə çağrılıb:

“Erməni saytının yaydığı xəbərin doğru və ya yalan olduğunu söyləmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına ehtiyac var. Əgər bu fakt doğrudursa, Laçın yolundakı etiraza görə ilk dəfədir ki, xarici ölkələdəki səfirimiz həmin dövlətin Xarici İşlər Nazirliyinə çağrılıb.

Bu Azərbaycana qarşı artan təzyiqin yeni formasıdır. Başqaları da bu üsuldan istifadə edə bilərlər. Avropa ölkələrinin bir qismində “Laçın yolu açıqdır” arqumentimizi eşitmək və qəbul etmək istəmirlər. Halbuki, səfirlərimiz çalışdıqları ölkələrdə “Azərbaycanın öz ərazisində – Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratması suveren haqqıdır” təbliğatını gücləndirməlidirlər. Çünki bir gün sərhəd-keçid məntəqəsi yaradılanda həmin ölkələr buna hazır olmalıdırlar”.