AZƏRBAYCANA QARŞI KAMPANİYA BAŞLADILIB… – POLİTOLOQLAR

AZƏRBAYCANA QARŞI KAMPANİYA BAŞLADILIB… – POLİTOLOQLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Politoloq Elxan Şahinoğlunun fikrincə, son günlər Azərbaycana qarşı dezinformasiya müharibəsi genişlənib, son bir neçə gündə təxribat məqsədilə yayımlanan xəbərlər artıb.

Tribunainfo.az yazır ki, “Azərbaycanın açdığı atəş nəticəsində erməni hərbçi ölüb”, “Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Jozep Borel 150 min (?!) erməninin zorla Qarabağdan çıxarıldığını bildirib”, “Azərbaycan Ukraynaya mərmi göndərib” kimi xəbərlər artmaqdadır.

Politoloq bildirib ki, bu dezinformasiyalar geniş auditoriyası olan xarici media qurumlarında yayımlanır:

“1990-cı illərdə də belə idi, torpaqlarımız ard-arda işğal olunurdu, soyqırımlar baş verirdi, yüzminlərlə soydaşımız yurdlarından qovulurdu, ancaq beynəlxalq mediada bizi təqsirkar çıxarırdılar, informasiya blokadasında idik. Sonrakı illərdə informasiya blokadasanı yarsaq da, “ikili standartlardan” qurtulmamışıq. Bütün hallarda informasiya işində fəallığı artırmalıyıq”.

Siyasi şərhçi Asif Nərimanlının fikrincə isə Azərbaycana qarşı kampaniya aparanların yalanları “Qarabağın erməni əhalisi”nin sayı məsələsində həmişə üzə çıxır:

“Ermənistan Qarabağdan çıxan ermənilərin sayının 100 min olduğunu iddia etdiyi halda, Aİ-nin ali nümayəndəsi Jozef Borel bu sayı 50 min artırır, Azərbaycanı “150 min ermənini evindən çıxarmaqda” ittiham edir; hətta separatçıların şişirdilmiş rəqəmi belə 120 min idi və Borel bununla özünü çox pis formada ələ verdi”.