“İndi Azərbaycan hərbi təlimlər keçirməklə, mütəmadi olaraq addımlar atmaqla, Ermənistan ordusunu hər gün cəbhə xəttində təxribatlarda ittiham etməklə heç də yeni müharibəyə zəmin hazırlamır”. Tribunainfo.az xəbər verir ki, bu sözləri jurnalist Nairi Xokhikyan deyib.
O bildirib ki, bu gün Azərbaycana müharibə lazım deyil. “Birincisi, 1 sentyabrda Azərbaycanda seçkilər keçiriləcək. İkincisi, Azərbaycan COP29-a hazırlaşır və bu ərəfədə müharibə ona heç lazım deyil. Ona görə ki, müharibə olarsa, həmin tədbirlərə heç kim qorxusunda qatılmayacaq”.
Xokhikyan iddia edib ki, Azərbaycan yaza qədər genişmiqyaslı müharibəyə başlamayacaq.