Azərbaycana miqrant axınının nə kimi ziyanları ola bilər? – Açıqlamabackend

Azərbaycana miqrant axınının nə kimi ziyanları ola bilər? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana il ərzində orta hesabla 100-dən artıq ölkədən əcnəbilər daxil olur. Müxtəlif dövlətlərdən fərqli məqsədlər üçün Azərbaycana gəlirlər. 2022-ci ildə Azərbaycana gələn əcnəbilərin sayı bir milyon altı yüz min nəfər civarında olub. xüsusən müharibə səbəbindən Rusiyadan miqrasiya edənlərin sayı digər ölkələrə nisbətdə üstünlük təşkil edir.

Bəs Azərbaycana miqrant axınının nə kimi ziyanları ola bilər?

Bu barədə Tribunainfo.az -a açıqlama verən iqtisadçı ekspert Toğrul Maşallı bildirib ki, Azərbaycana miqrant axını var. Azərbaycandan gedənlər daha çoxdur, nəinki bura gəlmək istəyənlər.

İqtisadçının sözlərinə görə, miqrant axını varsa bu bir tərəfdən onu göstərir ki, iqtisadiyyat inkişaf edir. İnsanlar gəlib burada iş axtarırlar. Böyük təlabat var.

“Əgər belə bir təlabat yoxdursa, iqtisadiyyatda ciddi bir dəyişikliklər baş vermir. Yəni bizim iqtisadiyyat onsuz da bir sahədən asılıdır və bu sahədə ucuz işçi qüvvəsinə çox da tələbat yoxdur.

Nəzərə alsaq ki, Azərbaycan əhalisi müəyyən qədər az deyil ki, müəyyən ərəb ölkələri kimi az deyil ki, işçi resurslarını buradan tapa bilər. Ona görə də miqrant axını imkanları bizdə məhduddur. Bura əsasən yüksək ixtisaslı kadrlar gəlir. Aşağı ixtisaslı kadrlara bizdə ehtiyyac yoxdur. Yerli resurslar çoxdur. Bizdə problem bu dəqiqə miqrant Azərbaycana yox, Azərbaycandan gedən miqrant axını var. Və bu təəssüflər olsun ki, miqrasiya üzərindən çıxanlar daha çoxdur. Yəni yüksək ixtisaslıdırlar. Biz aşağı ixtisaslı kadrları yox, yüksək ixtisaslı kadrlarımızı itiririk. Bu daha çox problemdir.

Amma əlbəttə bəzi imkanlar var ki, vaxtilə Rusiyadan insanlar çıxanda və s. Azərbaycana o zaman qəbul edirdilər, iqtisadiyyatımıza kömək ola bilərdi. Çünki həmin insanlar yüksək ixtisaslı kadrlar idi. Həmçinin Gürcüstan, Türkiyə və digərləri miqrant qəbul etdi. Onlar həm kapital da gətirdilər, yeni layihələr, yeni ideyalar və s. Təəssüf ki, Azərbaycan o zaman bundan istifadə etmədi. Əksinə, sərhədlərimizi qapalı saxladıq, həm də qaydaları da dəyişmədik. Müvafiq kapitalı da cəlb etmədik”.