Azərbaycana keçirilən 436 kiloqram heroin Bolqarıstanda saxlanıldı: Gömrük Komitəsi xəbərsiz olub –VİDEObackend

Azərbaycana keçirilən 436 kiloqram heroin Bolqarıstanda saxlanıldı: Gömrük Komitəsi xəbərsiz olub –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkəyə gətirilmiş külli miqdarda narkotik maddənin sərhəddən keçirilməsindən xəbərsiz olub.

Tribunainfo.az demokrat.az-a istinadən xəbər verir ki, bu yaxınlarda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Gömrük Postu vasitəsilə Azərbaycan ərazisinə gətirilmiş 436 kiloqram heroin maddəsi Qırmızı-Körpü gömrük postundan rahat şəkildə keçirilib. Narkotik maddə Gürcüstan və Türkiyə üzərindən Bolqarıstan aparılarkən bu ölkənin sərhəd-keçid məntəqəsində saxlanılıb.

Saxlanılan mallara baxış zamanı məlum olub ki, TIR-a yüklənmiş yüklərin içərisində 436 kiloqram heroin maddə daşınır.

Faktla bağlı Bolqarıstanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. 

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xismətindən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xüsusi gizlədilmiş formada narkotik vasitənin bir çox ölkənin ərazisindən keçirilməsinə dair məlumat araşdırılır.