Dünən Ermənistanın tirajlı ORAGIR.NEWS saytı İrəvanda “Sizcə, Azərbaycan niyə sülh müqaviləsi imzalamır?” sualı ilə sorğu keçirib. Tribunainfo.az xəbər verir ki, şəhərdə keçirilən sorğunun nəticələri bəzi maraqlı məqamlarla diqqəti çəkir.
Belə ki, ermənilər daha əvvəlki kimi Azərbaycana düşmən kimi yanaşmaddıqlarını göstərəcək səviyyədə açıqlamalar veriblər. Bildiriblər ki, indiki məqamda iki ölkə arasında sülhün olması lazımdır. Lakin onlar bu razılaşmanın hansı şəkildə ola biləcəyi barədə fikirə malik olmadıqlarını qeyd ediblər.
Maraqlı detallardan biri də budur ki, sorğuda iştirak edənlər Qarabağ məsələsinin adını belə tutmayıblar.
Onlar sorğu zamanı deyiblər ki, Azərbaycanın sülhə getməməklə fürsətdən istifadə edir. “Çünki Azərbaycan bu vəziyyətdən faydalanır, fürsətdən istifadə edir, bizim üçün nə qədər pis olsa da, bu, Azərbaycana xeyirdir”.