Azərbaycana ilk qar yağdı (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada gecə saatlarında yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib.
 

Qubada gecə saatlarında yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib.

TİA.AZ Report-un Şimal bürosuna istinadla xəbər verir ki, ilk qar, əsasən, Qubanın dağ kəndlərinə – dəniz səviyyəsindən 2000 metrdən yuxarı olan kəndlərə, həmçinin, Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağıb. Qarın hündürlüyü 5-7 sm müşahidə olunur.

Hazırda qarın yağması davam edir. Yollarda və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.