“Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması Ermənistanı daha da zəiflədəcək”. “Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması Ermənistanı daha da zəiflədəcək”.
TİA.AZ-ın məlumatına görə, bunu Ermənistanın ilk prezidenti, “Ermənistan Milli Konqresi” partiyasının sədri Levon Ter-Petrosyan deyib. Onun sözlərinə görə, 2007-ci ildən etibarən Ermənistan bu planla bağlı danışıqlar aparır.
Danışıqlarda əsas tərəf ATƏT və Rusiyadır: “Belə çıxır ki, bizi tənqid edənlər əslində öz planlarını tənqid edirlər”.
Ter-Petrosyan danışıqlar masasında olan konkret proqramla bağlı fikrilərini ifadə edib: “İlk mərhələdə Azərbaycana 5 rayon qaytarılacaq. Kəlbəcər və Laçın istisna olmaqla. İkinci mərhələdə qoşunların təmas xəttində sülhməramlılar yerləşdiriləcək. Üçüncü mərhələdə Dağlıq Qarabağın statusunun tanınması məsələsinə baxılacaq.
4-cü mərhələdə Qarabağ və Ermənistanın blokadası aradan qaldırılacaq, Azərbaycan, Qarabağ, Ermənistan və güman ki, Türkiyə arasında münasibətlər yaranacaq. Beşinci mərhələdə Qarabağın son statusuna baxılacaq. 6-cı mərhələdə Laçın dəhlizi istisna olmaqla Azərbaycana qalan 2 rayon qaytarılacaq”.