Səhiyyə Nazirliyin analitik ekspertiza mərkəzində dərmanların hər seriyası yoxlandıqdan sonra onların idxalına icazə verilir.
Səhiyyə Nazirliyin analitik ekspertiza mərkəzində dərmanların hər seriyası yoxlandıqdan sonra onların idxalına icazə verilir.
TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
O bildirib ki, nazirlik ölkəyə gətirilən bütün dərmanların keyfiyyətinə nəzarət edir: “Dünyanın qəbul etdiyi qaydalara görə hər hansı istehsalçı öz məhsulunu Çində və ya başqa bir ölkədə istehsal edə bilər. Hətta Avropanın aparıcı şirkəti ucuz işçi qüvvəsinə görə hansısa dərmanın istehsalını Çində, Cənubi Koreyada və başqa ölkələrdə qura bilər. Əgər bunun üçün rəsmi lisenziyası varsa, onların Azərbaycana idxalına icazə verilir”.
Nazir müavini qeyd edib ki, ölkəyə gətirilən dərmanların hamısı sırf Çin istehsalı deyil: “Bir çox Avropa şirkətləri Çin xammalından istifadə edirlər. Çünki dünyanın dərman bazarında xamalının əsas mənbəyi Çində istehsal edilir”.