Azərbaycan yollarında daha bir fırıldaq növü – DİQQƏTLİ OLUN!backend

Azərbaycan yollarında daha bir fırıldaq növü – DİQQƏTLİ OLUN!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda hər gün yeni bir fırıldaq növü ortaya çıxır. Tribunainfo.az xəbər verir ki, bu dəfəki fırıldaq isə dini atributlar üzərindən edilir.
Bununla bağlı danışan ictimai fəal Elçin Həsənzadə bildirib ki, Goranboy-Ağsu yolu üzərində belə hallar mütəmadi olaraq baş verir.

O, Gəncədən Bakıya gələrkən üzləşdiyi hadisəni belə nəql edib: “İrəlidə gedən ağ “Hyundai SantaFe” əli ilə işarə verdi ki, saxlayım. Baxdım maşında ailədir. Düşündüm ki, nəsə kömyə ehtiyacları var, saxladım. 40-45 yaşlarında bir kişi düşdü, yaxınlaşdı ki, bəs, qardaş biz ziyarətdən gəlirik. Anam tanınmış həcixanımdır, yolda səni görüb dedi ki, oğlum saxla bu Həcc ziyarətindən gətirdiyim hədiyyəni ver o, nur üzlü insana. Sonra başladı dini mövzuda uzun-uzadı manipulyasiya və axırda da alverə. Əl qərəz. Deməli, sizi saxlayırlar. Guya, əhd ediblərmiş kimi, bir dənə dini aksesuarı atırlar maşına ki, bu hədiyyədir. Digərini də verirlər ki, bu da xeyriyyə məqsədi ilə satılır. Nə verərsən verərsən!”
Qeyd edək ki, indiyə qədər çeşidli fırıldaqla insanları aldatmağın çoxlu növləri müşahidə edilib. Amma dini atributlar üzərindən edilən fırıldaqçılıq artıq ilkdir və yeni leveldir.