Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiya Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin yanında Turizm Agentliyinin sədr müavini Cun Takaşina ilə görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Yaponiya arasında əməkdaşlığın mövcud vəziyyəti, həmçinin ekoturizm sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub və fikir mübadiləsi aparılıb.