Azərbaycan XİN vətəndaşları Fələstin və İsrailə səfər etməməyə çağırdıbackend

Azərbaycan XİN vətəndaşları Fələstin və İsrailə səfər etməməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları İsrailə səfər etməməyə çağırıb.
Bu barədə  XİN-dən məlumat verilib.
Bildirilib ki, İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrail Dövlətinə səfər etməmələri tövsiyə olunur:
“Hal-hazırda İsrail Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir”, – məlumatda qeyd olunub.