“Asco Mühafizə” MMC məhkəməyə verilib.
Pravda.az-ın xəbərinə görə, MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti mobil operatorlardan biri edib.
Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olan iş hakim Kənan Hüseynovun icraatındadır.
Qeyd: “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus şirkətin fəaliyyətinə bu ilin əvvəlində xitan verilib. MMC QSC-nin tabeliyində olan “ASCO Nəqliyyat” şirkətinə qoşulduğunu elan edib. “ASCO Mühafizə” MMC-nin hüquq və vəzifələri “ASCO Nəqliyyat” MMC-yə keçib. “ASCO Nəqliyyat” MMC “ASCO Mühafizə” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.