“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, yoxlama zamanı məlum olub ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə bağlı işbaxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 24 yanvar tarixində hakim Zaur Hüseynovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Göyüş oğlu Vəliyevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar