Son vaxtlar Rusiyada həmvətənlərimizə qarşı aqressiv münasibət artmaqda davam edir. “Rus evi”nin bağlanması ilə rus ajanlarını təmizləməklə yanaşı, ümumiyyətlə bölgələrdə belə vəzifədə olan ruslar təhlükə yarada bilərmi?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki,
Azərbaycan və Rusiya dövlətləri arasında son vaxtlar münasibətlərdə yaşanan soyuqluq iki dövlət arasında 2022-ci ilin fevralında müttəfiqlik münasibətləri barədə imzalanmış müqavilənin mahiyyət və ruhuna qətiyyən uyğun deyil.
Politoloqun sözlərinə görə, bu müddət arasında dövlətlər arası iqtisadi, ticari, humanitar, siyasi münasibətlərin səviyyəsi və yüksələn xətlə artmasından tərəflər məmnun olduqlarını bildirmişlər.
“Regional təhlükəsizlik, habelə nəqliyyat, loqistika imkanlarının genişləndirilməsi istiqamətində tərəflər razılaşdırılmış addımlar atırlar. Xüsusilə Zəngəzur dəhlizi, habelə Şimal Cənub nəqliyyat dəhlizlərinin çəkilməsi, istifadəyə verilməsi sahəsində əməkdaşlıq imkanları götür qoy edilir.
Qərbdən olan bəlli təzyiqlərə baxmayaraq Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, onun ərazisi loqistika baxımından Rusiya üçün əhəmiyyətli və cəlbedici olaraq qalmaqdadır.
Münasibətlərdə getdikcə özünü biruzə verməkdə olan soyuqluğun əsas səbəbi hər iki tərəfdə Qərb, Ukrayna və ya erməni diasporası ilə baglı KİV-lər, habelə siyasətçilərin közərmək istədikləri oda yandırıcı maye tökmək istəkləridir.
Rusiya səmasında Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasından bəlli dairələr istifadə etmək üçün canfəşanlıqlarını artırıblar. Rəsmi Bakı təyyarənin bilərəkdən vurulması fikri üzərində israrlı deyil və tədqiqatın aparılması, günahkarların məsuliyyətə cəlb edilməsi, nəhayət kompensasiyanın ödənilməsini tələb edir. Qarşı tərəf hələ ki, dövlət başçısı Putinin simasında baş verən olaylara görə, rəsmən üzr istəyib, digər istiqamətlərdə təhqiqat hələ ki, arzuolunan səviyyədə deyil.
Burada diqqəti cəlb edən əsas məqam ondan ibarətdir ki, hər iki tərəfdə sistem müxalifətini və ya QHT-ləri təmsil edən qurumların vasitəsilə tərəflər hücuma keçirlər. Bu isə ona dəlalət edir ki, hər iki tərəfdə rəsmi qurumlar münasibətlərin kəskinləşdirilməsi istiqamətində addımlar atmaqdan çəkinirlər və stəkanda fırtına yaratmağın kimlərin xeyrinə ola biləcəyinin mahiyyətinə yaxşı varırlar.
Azərbaycanın Turan informasiya agentliyinin prezident təyyarəsinin guya ki, dekabrın 25-də kənar elektron maqnit hücumuna məruz qalması və bunun rəsmi Moskva ilə bağlı olması barədə məlumatlar məlum oldu ki, dezinformasiya xarakterlidir və bu yazını hansısa yazarın hisslərə qapılaraq verməsi barədə gedən məlumatlar inandırıcı deyil.
Və ya uzun müddətdir ki, Bakıda Rusiyanın etnomədəni, humanitar mərkəzi kimi fealiyyət göstərən “Rus evinin”casus yuvası olması barədə ictimaiyyətə açıqlanan fikirlər hər iki tərəfdə bəlli dairələrlə bağlı KİV-lərin cəmiyyətdə yaratmaq istədikləri illuziya təsiri də bağışlayır. Bu qurumun rəsmən hüquqi şəxs kimi qeydiyyata düşüb fəaliyyət göstərməsinə mane olan əsas amil qarşı tərəfin dediyinə görə qanunvericilik bazasında olan boşluqdur ki, bu iş də məhkəmə presidentinin müzakirəsi ola bilərdi və ya parlamentdə sistem müxalifətini təmsil edən siyasi partiyalardan birinin lideri “Rus evi”nin çoxdan casus yuvası olduğu fikrini səsləndirir, halbuki məlum qalmaqala qədər ictimaiyyətin onun bununla bağlı parlament müzakirələrində məsələ qaldırdığını müşahidə etməyib.
Rusiya tərəfindən daha çox ermənipərəst mövqeyi ilə seçilən Konstantin Zasulinin bu günlərdə Azərbaycanla münasibətləri hədəfə alması bir daha onun erməni diasporası ilə əlaqələlərinin konteksində nəzərdən keçirilməlidir. Satulin Rusiya Dövlət Dumasında MDB üzrə əlaqələr komitəsinin sədr müavinidir və burada sədr olan, kommunist fraksiyasının təmsilçisi Kalaşnikov onun rəsmi Bakının ünvanına söylədiyi fikirləri bölüşmür.
Rusiya nəhəng əmək bazarına malik dövlətdir və burada bizim milyonlarla soydaşımız miqrant və ya qostrabayder kimi çalışır, onların hər ay Azərbaycana ailələrinə göndərdikləri pul köçürmələri bəzi hallarda Azərbaycanın dövlət büdcəsinin 4/1 bərabər olub, bu isə ölkədəki sosial sabitliyin mühüm qrantlarından biridir.
Təəssüf ki, Azərbaycandan olan soydaşlarımız digər ölkələrdən olan qostrabayderləri kimi Rusiyanın miqrasiya qanunvericiliyinin tələblərindən irəli gələn şərtləri yerinə yetirməkdən bəzən bir tərəfli şəkildə boyun qaçırır, qeydiyyatdan keçmir, vergiləri ödəməkdən yayınırlar. Miqrasiya siyasətinə münasibətdə qanunvericilikdə sərtliyin artması isə miqrantların yaşadıqları ölkələrdə birgə yaşayış qaydalarına riayət
etməmələri, sosial, etnik, dini zəmində baş verən münaqişələrdə tərəf olmaları, krimonogen durumun ağırlaşması, habelə antisanitariya qaydalarına əməl etməmələri ilə bağlı məsələlərdən irəli gəlir. Bu mənada Rusiya tərəfinin hərəkətləri təkcə azərbaycanlılara qarşı deyil, ümumiyyətlə miqrasiya siyasətinin şərtlərini yerinə yetirməkdən boyun qaçıran və vətəndaşlığından asılı olmadan bütün miqrantlara aiddir”.
Dəniz