Ermənistan XİN rəhbərinin müavini İrəvanla Bakı arasında vasitəçilərin iştirakı olmadan görüşünün mümkünlüyünü şərh edərkən qeyd edib ki, bəzi məsələlərdə vasitəçilərin iştirakı məcburidir.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan parlamentdə jurnalistlərə bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hələlik görüş nəzərdə tutulmayıb.
Bakı ilə vasitəçisiz görüşün İrəvan üçün məqbul olub-olmaması ilə bağlı suala cavabında Səfəryan qeyd edib ki, vasitəçilərin iştirakı məcburi olan məsələlər var.
O, delimitasiya komissiyalarının qarşıdakı iclasının təfərrüatlarını şərh etməyib və qeyd edib ki, artıq Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb. Diplomat yalnız qeyd edib ki, bu, Ermənistan tərəfinin konstruktiv yanaşmasının təzahürüdür.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyalar ilkin razılığa əsasən noyabrın 30-da iclas keçirəcək.