“Yəni anklavlar mövzusu sirrdirmi? Sirr deyil, hər şey açıq və aydın şəkildə ortadadır”.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O qeyd edib ki, sərhəddə bəzi yerlərdə Ermənistan Azərbaycan ərazilərinə girib. “Amma elə yerlər də var ki, orada Azərbaycan bizim ərazilərimizdə yerləşib”.
Simonyan daha sonra vurğuylayıb ki, Azərbaycan və Ermənistan dövlət başçıları qarşılıqlı sərəflər edə bilərlər. “Mən Azərbaycan və Ermənistan liderləri arasında qarşılıqlı səfərləri istisna etmirəm, lakin suallar var”.
Erməni spiker bunu belə açıqlayıb ki, bəzi məsələlər səfərlərdən öncə müzakirə olunmalıdır. “Bu, təkcə təhlükəsizlik məsələsi deyil, həm də məhbuslarla bağlıdır”.
Fərda Uğur