AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ARASINDA DANIŞIQLAR ABŞ ÜÇÜN PRİORİTET OLARAQ QALIRbackend

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ARASINDA DANIŞIQLAR ABŞ ÜÇÜN PRİORİTET OLARAQ QALIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Ermənistan arasında danışıqlar ABŞ üçün prioritet olaraq qalır”.

Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller dünən Moskvada keçirilən üçtərəfli görüşə istinadən məlumat verib.

“Biz otaqda deyilik, lakin bu, bizim üçün prioritet olaraq qalır. Bilirsiniz ki, bir neçə həftə əvvəl dövlət katibi burada, Vaşinqtonda qonaqları qəbul etdi. Bundan sonra Brüsseldə danışıqların davam etdiyini bilirik və danışıqların davam etdirilməsinin tərəfdarıyıq”, – Miller bildirib.

Dövlət Departamentinin sözçüsü yaxın vaxtlarda tərəflər arasında razılığın əldə olunacağına bir daha əmin olduğunu bildirib.

“Dediyimiz kimi, biz razılığın yaxın olduğuna inanırıq və həll olunmamış məsələlər üzərində işləmək üçün hər iki tərəfə təzyiq göstərməyə davam edirik”, – diplomat bildirib.

Metyu Miller əlavə edib ki, ABŞ-ın dövlət katibi Entoni Blinkenin tərəflərlə yeni görüşlər keçirməyi planlaşdırıb- planlaşdırmadığı barədə hələlik məlumatı yoxdur, lakin ABŞ-ın bu məsələ ilə məşğul olmağa davam edəcəyinə əmin olub.