“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyans Ukraynada azərbaycanlilarla bağli tədbir keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki



Ukraynanın Kiyev şəhərində yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin olunması mövzusunda müzakirə 
keçirilib. 

Mayın 27-də Kiyev şəhərində “Ukrayna ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının təmin olunması” mövzusunda dəyirmi masa keçirilib. “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansın sədri Elmar  Məmmədov TİA.AZ-a bildirib ki, dəyirmi masa Kiyev Apellyasiya İnzibati Məhkəməsi və İnzibati Məhkəmələrin Assosiasiyası tərəfindən təşkil olunub: “Dəyirmi masada Ukrayna məhkəmə hakimiyyətinin, ictimai təşkilatların və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin problemləri və  hüquqlarının müdafiəsi müzakirə olunub. Tərəflər bu məsələlər ətrafında fikir mübadiləsi edərək, təkliflərini bildiriblər. Qeyd edim ki, tədbirdə Azərbaycanı mən təmsil etdim  və  Ukrayna ərazisində olan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin olunması sahəsində bir sıra təkliflərimi verdim”.

İlahə