backend

Azərbaycan uğrunda vuruşan erməniləri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Qarabağ müharibəsindən keçmiş, ərazisi işğal altında olan və şəhidlərin dəfn edildiyi xiyabanlar bütün bölgələrdə millətimizin inam və etibarına çevrildiyi bir halda Bakıya gələn ermənilərə qarşı sərt reaksiyalar təbiidir.  

Böyük Qarabağ müharibəsindən keçmiş, ərazisi işğal altında olan və şəhidlərin dəfn edildiyi xiyabanlar bütün bölgələrdə millətimizin inam və etibarına çevrildiyi bir halda Bakıya gələn ermənilərə qarşı sərt reaksiyalar təbiidir. 

Əks reaksiyalar olsa idi, bu, təəccüblü olardı. Xalq işğal reallığını mənən, ruhən, fiziki olaraq canında, qanında yaşayır. Adamların yataqxana ünvanından, ağır həyatından reportaj verirsinizsə, bu o deməkdir ki, bütün bunların baiskarı olan qüvvələr var. O mənada, dövlət və yaxud hər hansısa qeyri-hökumət təşkilatı həyata keçirdiyi layihəni bütün millətə qəbul etdirməyə cəhd göstərməməlidirlər və göstərmirlər.

TİA.AZ xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc xalq diplomatiyası və Qarabağ erməniləri ilə dialoqun qurulması barədə Ölkə.az-a danışarkən deyib. Zahid oruc vaxtilə buraxılan səhvlərə diqqət çəkib:

“Bütün türk ölkələrinə qarşı, Türiyəni çıxmaq şərti ilə, az qala onlarda demokratik sistemlər bərqərar edəcəyimiz ideologiyası ilə hamısından düşmənçilik görməkdə idik. Özbəkistan dəfələrlə Elçibəy hakimiyyətinə mesajlar göndərirdi ki, sizin nə ixtiyarınız var buradakı daxili proseslərə qarışırsınız? Eləcə də digər türk dövlətləri.

İslam ideyaları ilə bağlı da bölgədə problemlər mövcud idi. Nəticə ondan ibarət oldu ki, biz Azərbaycanla işləyə biləcək erməniləri ölkəmizin səngərinə qoşmaq, vahid davamızda onlardan yararlanmaq imkanlarını itirdik. Halbuki Azərbaycan uğrunda vuruşub, həyatdan gedən ermənilər olub. Ancaq qeyd etdiyimiz müharibənin miqyası, onun humanitar fəlakəti, məhrumiyyətləri o qədər böyük idi ki, bir kimsə qeyd etdiyim hadisəni kölgədən qaldırıb yuxarı çıxarmayıb. Bu mənada Bakıya gələn 3-4 erməni hazırki fəaliyyətdə Azərbaycanın torpaq uğrunda davasının ayrılmaz hissəsinə çevrilirlər. Onlar gəlib bizi məğlubiyətə hazırlamırlar, təslimçilik vəd etmirlər, Azərbaycan dövlətinin siyasətini iflasa uğratmırlar. Əksinə, Sərkisyan rejiminə qarşı jurnalistlərin, parlamentarilərin, diplomatların apardıqları mübarizənin bütün ideologiyasını bölüşürlər. Mahiyyətcə istəyirik ki, bizə qarşı silah götürməsinlər, Azərbaycan tərəfinə keçsinlər və normal yaşayış qaydalarını tanısınlar. Nəticədə bizim istəyimiz budur və onlar da bunu göstərirlər”.

Millət vəkili bildirib ki, onlar Xocalı soyqırımı abidəsi qarşısında baş əyirlər, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və biz Strasburqa, Brüsselə, Vaşinqtona gedəndə dünyaya deyirik ki, Azərbaycan ermənisiz dövlət modeli ilə nəfəs almır: “Biz “harada erməni görsək, öldürək” ideologiyasi ilə yaşamırıq.

Bu gün səngərdə əsgərimizin düşmənlə üz-üzə dayanıb mübarizə aparır. Bakıya gələn və qələmə sarılan ermənilər Sərkisyan rejimini ifşa edən, onun hərbi xunta olduğunu söyləyən, Qarabağ üzərindən hakimiyyətdə qaldığını iddia edən və o bölgədəki insanları girova çevirdiyini etiraf edən adamlardır. Nəticədə güllə ilə ram etdiyin, hərbi təhdid, ordunun gücü vasitəsi ilə özünə tərəf çevirdiyin erməni ilə könüllü Bakıya gəlmiş erməni eyni mahiyyətə malikdir.

Biri var ki, layihələrində İrəvanın maraqlarına xidmət etmiş olasan, səni öz layihələrində göstərələr ki, baxın bizi həzm edən, işğalçılıq planlarımıza müqavimət göstərməyən, onları normal həzm edən adamlar var, onlar gəlib Azərbaycan əleyhinə, rəsmi Bakıya qarşı kimsə bəyanat verir, məsələn Leyla Yunus. Bu zaman həmin yerə getmək, Sərkisyanın çevrəsində qərarlaşan QHT-lərin, əslində isə çekistlərin yanında foto çəkdirmək gerçəkdən də bizim siyasi, hərbi işimizə ziyan vurmuş olur”.

Zahid Oruc hazırda həyata keçirilən diplomatiyaya tarixi örnəklər gətirib:

“1942-ci ildə Stalinin alman xalqına böyük bir müraciəti var. O, hitlerizmə, faşimzə qaşrı silahlandıqlarını vurğulayır, ancaq “alman xalqı ilə düşmən deyilik” mesajını verir. Stalin kimi bir şəxsiyyət düşünürdü ki, bir tərəfdən qarşı cinahda parçalanma, bölünmə yaratmalıdır. Digər tərəfdən isə 3-cü Reyxin hakimiyyəti altında inildəyən, bu prosesdən kənara çıxmaq istəyən qüvvələri öz tərəfinə çəkməlidir. Həmçinin SSRİ daxilində yaşayan çoxlu almanlar var idi. Stalin onları ayağa qaldırıb, özü ilə bərabər səngərə aparırdı.

Hitler və faşizim ideoloqları da Düdənginskiyə SSRİ-yə qarşı döyüşmək istəyənlərə xüsusi ordular, hərbi birləşmələr təsis edib verirdilər. Düdənginski də o dövrdə ortaya çıxmışdı. Hitler Polşada, Çexiyada, Fransada həmin legionları təşkil edib və əsas hədəfinə qarşı mübarizəyə qoşurdu.

Rusiya Çeçenistanda əvvəlcə Dudayevlərə, Məshədovlara, Yandarbayevlərə qarşı savaş apardı. Ancaq Putinin hakimiyyətə gəlməsindən sonra yeni bir xətt başlandı. Bu xəttin nəticəsində Kadırovlar tapıldı. Həmin qüvvələri gətirib hakimiyyətə çevirdilər. Çeçen xalqının özünün içərisində yeni bir mübarizə başladı və nəticə hər kəsə bəllidir. Ramzan Kadırov hakimiyyətə gəldi və Rusiya mərkəzi hakimiyyətdən qopan etnik zümrəni təkrar öz suveren idarəçiliyi altına qaytardı. İddia etmirəm ki, Qarabağın içərisində bu cür Kadırovlar var və biz onları dərhal tapıb, həmin bölgədə hakimiyyətə gətirə bilərik və bu ermənilərin seyirci müşahidəsi ilə mümkün olacaq. Qətiyyən belə deyil. Bu uzun bir yoldur.

Biz yəqin etməliyik ki, müharibə heç zaman təkcə silahla aparılmır”.

Millət vəkili qeyd edib ki, biz Dağlıq Qarabağda olan ermənilərin hamısını Ermənistan əleyhinə qaldırmalıyıq:

“Bakıda 3-5 erməni ilə mühüm bir layihəni həyata keçirib və bununla da Xankəndinə mesaj verək ki, biz bütün erməniləri qətlə yetirməyəcəyik, Sərkisyanların, Köçəriyanların “iki millət yanaşı yaşaya bilməz” bəyanatları cəfəngiyyatdir, onlar sizdən robot düzəldiblər və sizin qanınız hesabına iqtidarda qalırlar. Azərbaycanlıların Cəbrayılın Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşaması insanların bir kəndə dönüşünü təmin edir, bununla da Qarabağ ermənilərinə də çağırış edir ki, biz sabah Şuşaya dönəcəyimiz təqdirdə eyni abadlığı orada aparacağıq və bundan bizim konstitusiyamızı tanıyan, qanunlarımıza hörmət edən, ərazi bütövlüyümüzü qəbul edən erməni də faydalana biləcəkdir. Əsas məsələ budur”.

Bu layihəyə qarşı çıxanlar barədə Zahid Oruc bunları deyib:

“İddia etmirəm ki, ermənilərdən ibarət bir batalyon yarada bilərik, ancaq Azərbaycan xalqının, dövlətinin qüdrəti ondan ibarət olacaq ki, biz heç olmasa bir ermənini tapıb səngərdə dayanan, Azərbaycan torpağının işğalını təmin edən, Sərkisyanın fitvasına qarşı gedən ermənilərə güllə atdıra biləcək. Bu nə qədər absurd səslənsə də, siyasətimizin vəzifəsi bu olmaldır”.