Azərbaycan Tibb Universiteti ilə bağlı məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, ATU ilə bağlı iddianı “Aqrar Tədarük və Təchizat” ASC qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər alqı-satqı müqaviləsi üzrə problem yaşayır.
Universitetlə bağlı işə Bakı Kommersiya Məhkəməsində baxılır. 19 noyabr tarixində hakim Günay Həşimovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylidir. O, bu vəzifəyə 2016-cı ildə təyin edilib.
Tərəfləri dinləməyə hazırıq.
Nigar