Azərbaycan təyyarəsinin vurulması ilə bağlı yekun hesabat HAZIRLANIR

Azərbaycan təyyarəsinin vurulması ilə bağlı yekun hesabat HAZIRLANIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktau yaxınlığında “Azerbaijan Airlines”a (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı yekun hesabat bir neçə aydan sonra hazır olacaq.

Tribunainfo.az xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında bildirib.

O qeyd edib ki, təhlil mərhələsi başa çatır, yekun hesabatın hazırlanmasına keçid edilir.

“Aktau yaxınlığında təyyarə qəzasının araşdırılması ilə bağlı yekun hesabat bir neçə aydan sonra hazır olacaq”, – Bozumbayev deyib.

Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.