“Azərbaycan Texnologiya Universiteti” MMC ilə bağlı cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, sözügedən MMC İnzibati Xətalar Məcəlləsinin sığorta qaydları əleyhinə olan 464-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Azərbaycan Texnologiya Universiteti” MMC ilə bağlı iş baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilib. 29 yanvar tarixində hakim Liza Xanməmmədovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Azərbaycan Texnologiya Universiteti”nin rektoru Yaşar Ömərovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Roman