Ötən gün gecə saatlarında efirə gedən “Kabus və zülmət” filmində personajlardan biri qeyri-etik ifadələr səsləndirib.
Ötən gün gecə saatlarında efirə gedən “Kabus və zülmət” filmində personajlardan biri qeyri-etik ifadələr səsləndirib.
TİA.AZ xəbər verir ki, aktyor rol aldığı ekran əsərində” bax, indi dalını dağıtdılar” ifadəsini işlədib. Bu sözlər öz dilimizə tərcümə olunaraq “ARB” telekanlının efirində yayımlanıb. Qeyri-etik ifadə bir neçə dəfə təkrar olunub.
Xatırladaq ki, bundan öncə sözgedən media qrupun “Günəş” telekanalında da analoji hal yaşanmışdı.Tərcümənin bu şəkildə efirə verilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Həmin mövzuyla əlaqədar MTRŞ-nın yerli mətbuata açıqlamasında bildirilmişdi ki, burada hüquqi cəhətdən qanun pozuntusu yoxdur.
“Əgər gecə 11-dən sonra hər hansı ədəbsiz ifadə işlənirsə, Şura bunun qanun pozuntusu olduğunu müəyyənləşdirə bilməz”.
Şuradan həmçinin qeyd edildi ki, kanalın rəhbərliyi ilə danışıblar. Onlara bildiriblər ki, belə ədəbsiz sözə görə proqramın rəhbəri cəzalandırılıb.