backend

Azərbaycan təbii qaz ixracını artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 39 min 393,75 ABŞ dolları dəyərində 326 min 719,63 kubmetr təbii qaz ixrac edib. 

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 39 min 393,75 ABŞ dolları dəyərində 326 min 719,63 kubmetr təbii qaz ixrac edib.

TİA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında məlumat verilib.

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 70 min 521,98 kubmetr və ya 27,53% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 5 min 531,85 dollar və ya 16,34% çoxdur.

Qeyd edək ki, 2016-cı ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycanda 33 min 861,90 dollar dəyərində 256 min 197,65 ton təbii qaz ixrac edilib.

Qeyd edək ki, təbii qazın ixracı Azərbaycanın bu ilin ilk 2 ayının ümumi ixracının 2,38%-ni təşkil edib.